May 18, 2024 20:11 Asia/Baku
  • İranın milli taekvondo komandası Asiya çempionu olub

İranın milli taekvondo komandası Asiya çempionatında uğurlu çıxışlarla bir daha qədim qitənin birinciliyini qazanmağı bacarıb.

Taekvondo üzrə iyirmi altıncı Asiya çempionatı mayın on altısında otuz üç ölkədən iki yüz qırx dörd taekvondoçunun iştirakı ilə Vyetnamın Dananq şəhərinin «Tin Sun» zalında keçirilib.

Yarışların sonunda üç qızıl, bir gümüş və bir bürünc medal əldə edən və Cənubi Koreyanı arxada qoyan İranın kişilərdən ibarət milli taekvondo komandası səkkiz ildən sonra beşinci dəfə Asiya çempionu adını qazanıb.

Cənubi Koreya da üç qızıl, bir gümüş və bir bürünc medalla ikinci olub. Özbəkistan və Ərəbistan yığmaları isə müvafiq olaraq, üçüncü və dördüncü yerlərdə durublar.