Paris-2024-də Azərbaycan taekvondoçusu gümüş medal qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i413498-paris_2024_də_azərbaycan_taekvondoçusu_gümüş_medal_qazanıb
Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Paris Yay Olimpiya Oyunlarında gümüş medalını qazanıb.
(last modified 2024-08-08T13:26:38+00:00 )
Avq 08, 2024 15:25 Asia/Baku
  • Paris-2024-də Azərbaycan taekvondoçusu gümüş medal qazanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransanın paytaxtı Paris Yay Olimpiya Oyunlarında gümüş medalını qazanıb.

58 kq çəki dərəcəsində yer alan idmançı finalda Cənubi Koreya təmsilçisi Park Taejoonla qarşılaşıb.

Rəqibinə məğlub olan Maqomedov fəxri kürsünün ikinci pilləsinə yüksəksəlib.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. İndiyədək Cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) də finala yüksəlib.