İranın sərbəst güləşçiləri İslamiadada uğurla çıxış ediblər
İranın sərbəst güləş komandası altıncı İslam Həmrəyliyi Oyunlarında altmış beş və əlli yeddi kiloqram çəki dərəcələrində qızıl və bürünc medallar əldə etməyə müvəffəq olub.
İşarə olunan iki çəki dərəcəsində sıralama və final görüşləri dünən axşam Ərəbistanın Ərriyad şəhərində keçirilib.
Altmış beş kiloqram çəki dərəcəsinin final görüşündə/ dünya çempionatının qızıl və olimpiya oyunlarının gümüş medalçısı olan Rəhman Əmuzad-Xəlili/ Tacikistan güləşçisi Əbdülməcid Kudiyevlə qarşılaşıb. Tacikistanlı rəqibini on iki-iki hesabı ilə məğlub edən güləşçimiz yarışların qızıl medalına sahib çıxıb.
Bu, İran sərbəst güləşinin altıncı İslam Həmrəyliyi Oyunlarındakı ilk qızıl medalıdır.
Əmuzaddan öncə Əli Mömini əlli yeddi kiloqram çəki dərəcəsində bürünc medal əldə etmişdi.