«Traktor» Özbəkistanda Luşkyanın möhtəşəm qolu ilə qələbə qazanıb
Noy 25, 2025 17:35 Asia/Baku
Təbrizin «Traktor» futbol klubu öz xarici oyunçusunun vurduğu yeganə qol ilə, Asiya Futbol Konfederasiyasının Çempionlar Liqasının beşinci həftəsindəki görüşün qalibi olmağı bacarıb.
Özbəkistanın Qarşi şəhərinin «Nəsəf» və İranın Təbriz şəhərinin «Traktor» futbol klublarının görüşü dünən Özbəkistanda keçirilib və «Traktor»un bir-sıfır hesablı qələbəsilə başa çatıb.
Oyun «Traktor»un üstünlüyü ilə keçib və Regi Luşkya on yeddinci dəqiqədə uzaq məsafədən oyunun yeganə qolunu reallaşdırıb.
Bu qoldan sonra özbəklər hücum etməyə daha çox səy göstərsələr də, «Traktor»un müdafiəsi və komandanın qapıçısı Beyranvəndin yaxşı oyunu onların qol vurmaq arzularını çin olmağa qoymadı.