Dek 23, 2025 16:39 Asia/Baku
  • «Traktor» növbəti mərhələyə vəsiqə qazandı

Asiya Futbol Konfederasiyasının(AFK) Çempionlar Liqasının altıncı həftəsində İranın «Traktor» və Qətərin «Əl-Duhəyl» futbol klubları arasında keçirilən görüş, iranlıların qələbəsi ilə başa çatıb.

Dünən Təbrizin «Yadeqare Emam» stadionunda təşkil edilən oyun, iki-bir hesabı ilə «Traktor»un üstünlüyü ilə müşayiət olunub.

Bu qələbə ilə, xallarının sayını on dördə yüksəldən «Traktor» klubu, qrup qarşılaşmalarının bitməsinə iki oyun qalmış, növbəti mərhələyə vəsiqə qazanıb.