Bir qızıl, bir gümüş və dörd bürünc medal əldə olundu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i423462-bir_qızıl_bir_gümüş_və_dörd_bürünc_medal_əldə_olundu
İranın veteran güləşçilərdən ibarət sərbəst güləş üzrə milli komandası İordaniyada keçirilən Dünya Çempionatının ikinci günündə altı medal qazanıb.
(last modified 2026-10-11T13:52:29+00:00 )
Okt 11, 2026 17:50 Asia/Baku
  •  Bir qızıl, bir gümüş və dörd bürünc medal əldə olundu

İranın veteran güləşçilərdən ibarət sərbəst güləş üzrə milli komandası İordaniyada keçirilən Dünya Çempionatının ikinci günündə altı medal qazanıb.

Məhəmməd Kəmərvənd qızıl medal, Behzad Allahbəxşi isə gümüş medal əldə edib. Yarışda Davud Qulipur, Zəbihullah Mütəllibi, Həmid Behişti və Məhəmməd Mehrzad da bürünc medallara sahib olublar. İran təmsilçiləri turnirin ilk günündə iki gümüş və üç bürünc medal qazanmışdılar.