İranlı yazıçı Almaniyanın ədəbiyyat mükafatını qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i272646-İranlı_yazıçı_almaniyanın_ədəbiyyat_mükafatını_qazanıb
Fəriba Vəfi 2017-ci il üçün Almaniyanın Lib Prom adlı məşhur və ən mötəbər ədəbiyyat mükafatına layiq görülüb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyun 11, 2017 12:15 Asia/Baku
  • İranlı yazıçı Almaniyanın ədəbiyyat mükafatını qazanıb
    İranlı yazıçı Almaniyanın ədəbiyyat mükafatını qazanıb

Fəriba Vəfi 2017-ci il üçün Almaniyanın Lib Prom adlı məşhur və ən mötəbər ədəbiyyat mükafatına layiq görülüb.

İRNA-nın verdiyi məlumata görə, iranlı yazıçı Fəriba Vəfi Tərlan adlı hekayəsinə görə ən çox oxucu səsi qazanaraq bu mükafata layiq görülüb. Tərlan əsəri 2015-ci ildə Almaniyada Zuit nəşriyyatı tərəfindən alman dilində nəşr edilmişdir. 

Tərlan hekayəsi İranda şahlıq rejiminin devrilməsi və ondan sonrakı hadisələrə işarədir. 

Fəriba Vəfinin mükafatlandırılması mərasiminin Almaniyanın Frakfurt kitab sərgisində keçiriləcəyi bildirilib. Almaniyanın ədəbiyyat üzrə mükafatı 1987-ci ildə icad edilib.