İranlı oxçular 4 medalla Asiya Kubokunu başa vurdu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275632-İranlı_oxçular_4_medalla_asiya_kubokunu_başa_vurdu
Taivanda keçirilən oxçuluq üzrə Asiya Kubokunun son günündə İran yığması 1 qızıl, bir gümüş və 2 bürünc medal qazanıb.
(last modified 2024-06-22T21:55:02+00:00 )
İyul 08, 2017 16:35 Asia/Baku
  • İranlı oxçular 4 medalla Asiya Kubokunu başa vurdu
    İranlı oxçular 4 medalla Asiya Kubokunu başa vurdu

Taivanda keçirilən oxçuluq üzrə Asiya Kubokunun son günündə İran yığması 1 qızıl, bir gümüş və 2 bürünc medal qazanıb.

İRNA-nın məlumatına görə, iranlı oxçu İsmayıl İbadi bu gün fərdi yarışın finalında malayziyalı rəqibini 148:141 hesabı ilə məğlub edib və qızıl medala layiq görülüb. 

Digər iranlı idmançı Firiştə Qurbani qadınların fərdi yarış finalında 142:143 hesabı ilə hindistanlı rəqibinə məğlub olub və gümüş medal qazanıb. 

İranın kişi və qadınlardan ibarət 2 nəfərlik komandası bürünc medal uğrunda yarışda 154:150 hesabı ilə Taivan yığmasını məğlub edib və bürünc medala layiq görülüb. 

İranın qadın oxçuları da bu gün səhər Malayziya yığmasını məğlub edərək bürünc medala layiq görülmüşdü. 

Asiya Kuboku 5-8 iyul tarixi arasında Taivanda keçirilib.