İranlı yüngül atletlərin uğurları davam edir
İyul 09, 2017 04:38 Asia/Baku
-
İranlı yüngül atletlərin uğurları davam edir
İran nümayəndəsi Hindistanda keçirilən yüngül atletika üzrə Asiya çempionatında 3000 metr maneəli qaçışda qızıl medal əldə edərək, yarışların çempionu adını qazanıbdır.
Hoseyn Keyhani dünən 3000 metr maneəli məsafəni 8 dəqiqə 43,82 saniyəyə qaçaraq, finiş xəttinə birinci çatıbdır.
Keyhanidən sonra Qətərin nümayəndəsi Yasir Salim və Ərəbistan nümayəndəsi Əli Əhməd ikinci və üçüncü olaraq, gümüş və bürünc medal qazanıblar.
Bundan öncə də yüngül atletika üzrə Asiya çempionatı yarışlarında Ehsan Həddadi , Əli Səməri və Həsən Təftiyan bu yarışların qızıl medalçısı olmuşdular. Moslemniyadust isə bürünc medal əldə etmişdi.
Teqlər