Asiya Çempionatı başa çatdı; İran tarixi uğur qazandı
İran İslam Respublikasının yüngül atletika üzrə yığma komandası 22-ci Asiya Çempionatında 4 qızıl və bir bürünc medalla Asiya dördüncüsü oldu.
İRNA-nın məlumatına görə, yüngül atletika üzrə 22-ci Asiya Çempionatı ötən cümə axşamı günü Hindistanın Odişa əyalətində başladı və bazar günü ev sahibi ölkənin çempionluğu ilə sona çatdı.
14 idmançı ilə turnirdə iştirak edən İran İslam Respublikasının yığma komandası diskatmada Ehsan Həddadi, çəkicatmada Əli Səməri, yüz metrlik qaçışda Həsən Təftian və maneə ilə 3 min metrlik qaçışda Hüseyn Keyhani ilə qızıl medal qazanıb və Müslim Niyadust 1500 metrlik qaçışda bürünc medala layiq görülüb. Beləliklə İranın yüngül atletika üzrə yığma komandası bu çempionatı ən uğurlu nəticə ilə başa vurub.
Yüngül Atletika üzrə 22-ci Asiya Çempionatında Çin və Qazaxıstan yığmaları ikinci və ücüncü yerləri tutublar. İran isə dördüncü yerlə kifayətlənib.