İranın sindroma nəzarət sistemi Yaxın Şərqə örnəkdir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i275792-İranın_sindroma_nəzarət_sistemi_yaxın_Şərqə_örnəkdir
Ümumdünya Səhiyyə Təşkilatının şərqi Aralıq dənizi ətrafı üzrə ofisinin nümayəndəsi deyib: İranın sindroma nəzarət sistemi yeni metod olaraq qənaətbəxşdir və Yaxın Şərq və Şimali Afrika ölkələri üçün örnək olmalıdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 10, 2017 08:15 Asia/Baku
  • İranın sindroma nəzarət sistemi Yaxın Şərqə örnəkdir
    İranın sindroma nəzarət sistemi Yaxın Şərqə örnəkdir

Ümumdünya Səhiyyə Təşkilatının şərqi Aralıq dənizi ətrafı üzrə ofisinin nümayəndəsi deyib: İranın sindroma nəzarət sistemi yeni metod olaraq qənaətbəxşdir və Yaxın Şərq və Şimali Afrika ölkələri üçün örnək olmalıdır.

Doktor Tern Min Astarada deyib: Bu heyətin məqsədi İranda sindroma nəzarət sisteminin icra formatının qiymətləndirilməsidir. Fikrimizcə, qeyd olunan sistemin icra olunmasında səhiyyə işçilərinin qəbul etdiyi meyarlar əhəmiyyət kəsb edir. 

O əlavə edib: İranda sindroma nəzarət sistemi internet və kompüterdən istifadə ilə icra olunur. Ezam olunan heyətin ilkin qiymətləndirmələri ümidvericidir. 

İranın Səhiyyə Nazirliyinin yoluxucu xəstəliklərin qarşısının alınması üzrə mərkəzin yüksək səviyyəli eksperti də deyib: İran sindroma nəzarət sisteminin icrasında artıq 6 ildir ki, Şərqi Aralıq dənizi ətrafı arasında ilk ölkə olaraq tanınır və Yaxın Şərq və Şimali Afrikanın 22 ölkəsi ilə birlikdə bu sistemi icra edir. 

Peyman Himməti əlavə edib: Ötən iki il ərzində Gilan vilayətində sindroma nəzarət sistemi sınaqdan keçirilib və Ümumdünya Səhiyyə Təşkilatı nümayəndələrinin burada olmasına şərait yaradılıb. Bu sistem 170 yoluxucu xəstəliyi sürətlə müəyyənləşdirir və şübhəli halların aşkarlanmasının sürəti təxminən 1,5 saata artıb. Gilan vilayətinin səhiyyə məntəqələri və mərkəzlərində icra olunmaqdadır. 

Tibbi heyətin Gilan vilayətinə səfərində dünyada yoluxucu xəstəliklər üzrə baş direktor. İngiltərə səhiyyə müəssisələrindən birinin rəsmisi, Ümumdünya Səhiyyə Təşkilatının Şərqi Aralıq dənizi ətrafındakı ölkələr üzrə ofisinin nümayəndəsi iştirak edib.