İranın gənclərdən ibarət çimərlik voleybol komandası Norveçi məğlub etdi
-
İranın gənclərdən ibarət çimərlik voleybol komandası
İranın gənclərdən ibarət çimərlik voleybol komandası Çinin Nanju şəhərində keçirilən gənclərarası çimərlik voleybolu üzrə dünya çempionatındakı ilk qələbəsini Norveç yığmasını üzərində təcrübə edib.
İRİB-nin verdiyi məlumata görə, İranın gənclərdən ibarət çimərlik voleybol komandası bu gün Çinin Nanju şəhərində keçirilən dünya çempionatında 2-1 hesabı ilə Norveç yığması üzərində qələbə çalıb.
4-cü qrupda mübarizə aparan İran yığması növbəti oyunda Braziliya yığması ilə qarşılaşmalı olacaq.
İranın çimərlik voleybol komandası ilk qarşılaşmada matçı Hollandiya yığmasına 2-1 hesabı ilə uduzmuşdu.
Çimərlik voleybolu üzrə gənclərarası dünya çempionatında 32 komanda 8 qrupda mübarizə aparır. Çinin Nanju şəhərində keçirilən bu yarışlarda hər qrupudan 2 komanda növbəti mərhələyə yüksəlmək şansına malikdir.