İranın qısammetrajlı filmi Almaniya festivalına vəsiqə qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i286176-İranın_qısammetrajlı_filmi_almaniya_festivalına_vəsiqə_qazandı
İranın "Əlillik - məhdudluq deyil" qısammetrajlı filmi Almaniyanın Qızıl Ağac Festivalına vəsiqə qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 06, 2017 08:13 Asia/Baku
  • İranın qısammetrajlı filmi Almaniya festivalına vəsiqə qazandı

İranın "Əlillik - məhdudluq deyil" qısammetrajlı filmi Almaniyanın Qızıl Ağac Festivalına vəsiqə qazanıb.

İRNA-nın məlumatına görə, "Əlillik - məhdudluq deyil" qısammetrajlı film iranlı əlil bir gəncin həyatından bəhs edir. O iki əli və iki ayağının əlil olmasına baxmayaraq, gündəlik fəaliyyətlərini tam şəkildə yerinə yetirir. 

Bu film iranlı əlil tərəfindən çəkilib və əlil şəxslərin ictimai kimliyinin gücləndirilməsi, onların həyatda uğurlu və bacarıqlı insanlar olmalarını əks etdirmək məqsədilə çəkilmişdir. 

III Almaniya Qızıl Ağac Sənədli Filmlər Beynəlxalq Festivalı 2018-ci il sentyabr ayında Frankfurt şəhərində keçiriləcək.