"Fəcr Moda və Geyim Festivalı" Tehranda işə başlayıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i297179-fəcr_moda_və_geyim_festivalı_tehranda_işə_başlayıb
7-ci beynəlxalq Fəcr Moda və Geyim Festivalı İranın Moda və Geyimə Nəzarət İşçi Qrpunun təşəbbüsü ilə ölkənin 22 vilayətində işə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 28, 2018 12:17 Asia/Baku

7-ci beynəlxalq Fəcr Moda və Geyim Festivalı İranın Moda və Geyimə Nəzarət İşçi Qrpunun təşəbbüsü ilə ölkənin 22 vilayətində işə başlayıb.

Geyim hər bir ictiami kəsimin identiklik nişanəsidir və bu məsələ yüksək mədəni göstəricilərdən sayılır. Öz rəngi və forması ilə insanlarda özünə inam və sevinc hissinin formalaşmasında  gənc nəslin şəxsiyət baxımından yetişməsində geyim təsirli rola malikdir.

Elmi-tədqiqat anlayışının moda sahəsinə daxil edilməsi və moda dünyasında baş verən dəyişikliklər ilə tanışlıq, İslam və İran simvollarının təbliğ edilməsi Fəcr Moda və Geyim Festivalının əsas hədəf və məqsədlərini təşkil edir.

Amma, daha önəmli məsələ festivalda fərqlənməyi bacaran nümunələrin istehsalçılara tanıtdırılması və geyim bazarına yönləndirilməsidir. İnsanları bayağı nümunələrdən istifadədədən çəkindirmək və müqavimət iqtisadiyyatına dəstək olmaq və mədəniyyətin formalaşmasına kömək etmək xalq və rəsmilər tərəfindən ciddi qayğı tələb edir.

Festivalın ostan bölməsinin müdiri Əli Əsğər Zilayi ostanların Fəcr Moda və Geyim Sərgisinin bir neçə bölməsindən biri olduğunu deyərək, xatırladıb: Ostanları öz yerlərində moda və geyim festivalları təşkil etməyə həvəsləndirmişik.

 O həmçinin dedi: Moda və geyim sahəsində 74 sərgi və tədbirin keçirilməsinə doğru hərəkət edirik. Bu il 22 ostan Fəcr Moda və Geyim Festivalı ilə bu prosesə qoşulublar. 7 ostan ilin birinci yarısında bu festivala ev sahibliyi edib. 15 ostan isə Fəcr Moda və Geyim Festivalı ilə bir vaxtda bu hərəkətə qoşulub.

Festivalda iştirak edən geyim dizaynerlərindən biri deyir: Mən qədim İran geyimləri sahəsində araşdırmalar apararıam. Tarixi məkanlarda divarların üzərində mövcud olan naxışlardan ilham alaraq, onları parça üzərində canlandırmağa çalışıram. İran-İslam modelinə xüsusi diqqətin göstərilməsi son dərəcə önəmlidir və moda sahəsində fəaliyyət göstərən hər bir kəsin bir nömrəli vəzifəsi sayılır.