Hollandiya futbolunun əfsanəsi: Dünya çempionatında İran millisini dəstəkləyəcəyəm
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i297263-hollandiya_futbolunun_əfsanəsi_dünya_çempionatında_İran_millisini_dəstəkləyəcəyəm
Hollandiya futbolunun əfsanəsi Marco Van Basten cümə axşamı Tehranda deyib: Rusiyada keçiriləcək Dünya Futbol Çempionatı 2018-də İran millisini dəstəkləyəcəyəm.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 01, 2018 13:51 Asia/Baku
  • Hollandiya futbolunun əfsanəsi: Dünya çempionatında İran millisini dəstəkləyəcəyəm
    Hollandiya futbolunun əfsanəsi: Dünya çempionatında İran millisini dəstəkləyəcəyəm

Hollandiya futbolunun əfsanəsi Marco Van Basten cümə axşamı Tehranda deyib: Rusiyada keçiriləcək Dünya Futbol Çempionatı 2018-də İran millisini dəstəkləyəcəyəm.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) texniki komitəsinin katibi Van Basten FİFA və İranın Futbol Federasiyası arasındakı  yaxın əməkdaşlığı İranda futbolun inkişafına səbəb olan amillərdən adlandırıb.

Rusiya-2018 Dünya Futbol Çempionatı 4 iyun 2018-ci ildə start götürəcək. İran millisi dünya çempionatında İspaniya, Portuqaliya və Mərakeş ilə eyni qrupdadır.

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Gianni İnfantino ilə birlikdə Tehrana səfər edən Van Basten həmçinin deyib: İran qadın futbolu, futzal və çimərlik futbolu üzrə də yaxşı uğurlar əldə edib və dünya çempionatında iştiraka vəsiqə əldə edib.

Gianni İnfantino və Marko Van Basten çərşənbə günü Tehrana daxil olublar. Onlar Tehranda  İranın Futbol Federasiyasının prezidenti Mehdi Tac və İran futbolunun əfsanəsi Əli Dayı tərəfindən qarşılanıb.