4 yaşlı iranlı uşağın beynəlxalq yarışlardakı uğuru
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i304300-4_yaşlı_iranlı_uşağın_beynəlxalq_yarışlardakı_uğuru
İranlı uşaq idmançı Pekində keçirilən dünya ecazkarları yarışlarında ən çox bal toplayaraq, çempion adını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 26, 2018 14:30 Asia/Baku
  • 4 yaşlı iranlı uşağın beynəlxalq yarışlardakı uğuru

İranlı uşaq idmançı Pekində keçirilən dünya ecazkarları yarışlarında ən çox bal toplayaraq, çempion adını qazanıb.

İranın Babol şəhərindən olan Arat Hoseyni adlı dörd yaşlı idmançı Pekində keçirilən dünya ecazkarları yarışlarında bütün idman maneələrini, o sıradan maneələrlə tullanma və qaya dırmanmasını uğurla arxada qoyaraq, ən kiçik idmançı kimi dünya birincisi ola bilibdir.

Bundan öncə Avstraliyada keçirilən "Little big shots" televiziya proqramında ona "iranlı hörümçək adam" adı verilibdir. Həmçinin Aratın xarüqəladə hərəkət və tamaşaları onun adının Youtube istifadəçiləri tərəfindən "dünyanın ən güclü uşağı" kimi təqdim edilməsinə səbəb olubdur.