DÇ 2018: Ərəbistan və Mərakeş vidalaşdı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i314366-dÇ_2018_Ərəbistan_və_mərakeş_vidalaşdı
Uruqvay futbol üzrə yığma komandası vurduğu yeganə qolla Səudiyyə Ərəbistanını 2018 Dünya Çempionatından uzaqlaşdırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 21, 2018 04:29 Asia/Baku
  • DÇ 2018: Ərəbistan və Mərakeş vidalaşdı

Uruqvay futbol üzrə yığma komandası vurduğu yeganə qolla Səudiyyə Ərəbistanını 2018 Dünya Çempionatından uzaqlaşdırıb.

Uruqvay və Səudiyyə Ərəbistanı yığma komandalarının matçı çərşənbə günü keçirilib. Latın Amerikası təmsilçisi hücumçusu Luis Suaresin 22-ci dəqiqədə vurduğu qolla asiyalı rəqibini mundialdan kənarlaşdırıb. 

Bu matçdan öncə Portuqaliya yığma komandası Kriştiano Ronaldonun qolu ilə Mərakeşi məğlub edib və Dünya Çempionatının səkkizdə bir finalına vəsiqə qazanmağa ümidlərini artırıb. 

Mərakeş yığma komandası ilk matçda İran İslam Respublikası yığma komandasına 0:1 hesabı ilə məğlub olmuşdu. İki matçda heç bir xal qazanmayan Mərakeş yığması da mundilalla vidalaşıb.