İran Asiya Oyunları reytinqində dördüncülüyə yüksəldi
-
İran Asiya Oyunları reytinqində dördüncülüyə yüksəldi
İranın idmançıları İndoneziya 2018 Asiya Oyunlarının dördüncü günündə üç qızıl və bir bürünc medalı İslam Respublikası idman karvanının medallarına əlavə edib və oyunların reytinqində dördüncü yerə yüksəliblər.
İran təmsilçiləri bu gün Asiya Oyunları çərçivəsində 16 idman növündə rəqibləri ilə qarşılaşıblar. Sonda taekovandoda Mirhaşim Hüseyni, yunan-roma güləşi üzrə Məhəmməd Əli Gerayi və Hüseyn Nuri İran üçün üç qızıl medal qazanıblar, həmədanlı oxçu Məhliqa Cambozorg bürünc medala layiq görülüb.
98 qadın və 280 kişi idmançı ilə yarışlara qatılan İranın idman karvanı ümumilikdə 7 qızıl, 3 gümüş və 6 bürünc medalla dördüncü günü başa vurub.
Asiya Oyunlarında dördüncü gündə Çin 82 medalla birinci, Yaponiya 68 medalla ikinci, Cənubi Koreya 49 medalla üçüncü pillədə qərarlaşıb.