İranlı taekvandoçu qadın bürünc medal qazandı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i320605-İranlı_taekvandoçu_qadın_bürünc_medal_qazandı
49 kq çəki dərəcəsində İran yığmasının taekvandoçu qadın idmançısı İndoneziya 2018 yarışlarının bürünz medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 23, 2018 09:30 Asia/Baku
  • İranlı taekvandoçu qadın bürünc medal qazandı
    İranlı taekvandoçu qadın bürünc medal qazandı

49 kq çəki dərəcəsində İran yığmasının taekvandoçu qadın idmançısı İndoneziya 2018 yarışlarının bürünz medalını qazanıb.

Cakarta 2018 Asiya yarışlarında taekvando rəqabətlərinin son günündə 49 kq çəki dərəcəsində iranlı qadın taekvandoçu Nahid Kiyani Tailanddan olan rəqibinə məğlub olaraq bürünc medal qazanıb. 

Cakarta yarışlarının qılıncoynatma rəqabətlərinin davamında isə Sabr silahı üzrə komanda yarışlarında İran yığması İndoneziya və Çin üzərində qələbə çalaraq finala vəsiqə qazanıb. Finalda görüş Cənubi Koreya komandası ilə həyata keçəcək. 

İranın Cakarta 2018 Asiya yarışlarında iştirak edən karvanı indiyədək 9 qızıl, 7 gümüş, 8 bürünc medal qazanaraq cəmi 24 medalla cədvəlin 4-cü yerində durur. 

18-ci Asiya Oyunları 18 avqustdan İndoneziyanın Cakarta və Palembanq şəhərlərində başlanıb və 2 sentyabra qədər davam edəcək. 

Bu oyunlarda 45 Asiya ölkəsindən 11 mindən çox idmançı iştirak edir.