İranın qadın qayıqsürəni Asiya oyunlarının gümüş medalını qazanıb
Avq 24, 2018 04:11 Asia/Baku
İranın qadın qayıqsürəni Nazənin Molayi 2018-ci il Asiya oyunlarında gümüş medal qazanıb.
Nazənin Molayi bu gün səhər qadınların birnəfərlik yüngülçəkili ruinq yarışlarının finalında çinli qayıqsürəndən sonra ikinci olubdur.
Honq Konq nümayəndəsi isə bürünc medal alıbdır.
18-ci Asiya olyunları avqustun 18-dən İndoneziyanın Cakarta və Palembanq şəhərlərində keçirilir. Yarışlar sentyabrın 2-dək davam edəcək. Bu yarışlarda 45 Asiya ölkəsindən olan 11 mindən çox idmançı iştirak edir.
İranın idman karvanı indiyədək 10 qızıl, 11 gümüş və 8 bürünc medal əldə edib, bütövlükdə 29 xal toplayaraq, 18-ci Asiya olyunlarının medallar cədvəlində dördüncü yerdə durur.
İranın idman karvanı 280 kişi və 98 qadın idmançı ilə bu yarışlarda iştirak edir.