İranlı qayıqçılar Asiya çempionatında 5 medal əldə ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i326363-İranlı_qayıqçılar_asiya_çempionatında_5_medal_əldə_ediblər
İranın milli komandası Özbəkistanda keçirilən 23 yaşa qədərlər və gənclər arası qayıq sürmə yarışlarında 1 gümüş və 4 bürünc medala yiyələniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 22, 2018 12:14 Asia/Baku
  • İranlı qayıqçılar Asiya çempionatında 5 medal əldə ediblər
    İranlı qayıqçılar Asiya çempionatında 5 medal əldə ediblər

İranın milli komandası Özbəkistanda keçirilən 23 yaşa qədərlər və gənclər arası qayıq sürmə yarışlarında 1 gümüş və 4 bürünc medala yiyələniblər.

İRNA-nın məlumatına görə, Əlirza Muradi və İlya Nadirnejad iki nəfərlik "Kayak" yarışlarında gümüş, Kumeyl Xəzayi və Abdullah Məşayix isə "Kanoye" yarışlarında bürünc medal əldə ediblər. Ümid Əhmədi də tək nəfərlik "Kayak" yarışlarında bürünc medal qazanıb. İlya Nadirnejad həmçinin, tək nəfərlik Kayak yarışlarında bürünc medal əldə edib. Məhəmməd Nəbi Rzayi də tək nəfərlik Kanoye yarışlarını bürünc medal ilə başa vurub. 

Dünən də İranın idmankarvanı Özbəkistanda keçirilən Parakanoye (əlillərini Kanoye yarışları) yarışlarında 6 qızıl və iki gümüş medal ilə bu ilki yarışların qalibi olublar. 

Asiya Qayıqçılıq Çempionatı 20 oktyabrda start götürüb və 3 gün davam edəcək.