Püstə bağlarına çevrilən şoranlıqlar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i326468-püstə_bağlarına_çevrilən_şoranlıqlar
Neftdən sonra İranın ikinci ən gəlirli ixracat sahəsi püstədir. Buna görə də dövlət dəstəyi ilə püstə bağlarının daha da genişləndirilməsi dünyanın püstə bazarında İranın payının daha da artmasına və ölkəyə əlavə valyutanın daxil olmasına kömək edə bilər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2018 17:59 Asia/Baku
  • Püstə bağlarına çevrilən şoranlıqlar
    Püstə bağlarına çevrilən şoranlıqlar

Neftdən sonra İranın ikinci ən gəlirli ixracat sahəsi püstədir. Buna görə də dövlət dəstəyi ilə püstə bağlarının daha da genişləndirilməsi dünyanın püstə bazarında İranın payının daha da artmasına və ölkəyə əlavə valyutanın daxil olmasına kömək edə bilər.

Bir zamanlar bu quru çöllər yam-yaşıl taxıl zəmiləri idi.

Kəndlilərdən biri deyir: “Bir zamanlar bu quru çöl əkin yeri idi.”

Son illər quraqlıq nəticəsində bir çox əkin sahələri tərk edilib. Amma, bəzi əkinçilər alternativ yollar axtarıb, tapıblar.

“Tehranda bir evim var idi. Onu satıb, bu qurumuş çölə üz tutdum. Dedim ilahi, sən özün kömək ol.”

Güclü iradəyə malik olan Kərəminin zəhməti hədər getməyib və indi əməyinin bəhrəsini görür.

“Burda çox çətinlik çəkdim. Allaha çox şükürlər olsun ki, bəhrəsini gördüm. Bu püstələri xarici ölkələrə ixrac edirik.”

İndi, bu zəhmətkeş əkinçi və 4 mindən çox əkinçinin yorulmaz səyi nəticəsində qurumuş çöl olan 8 min hektarlıq bir ərazi hazırda püstə bağına çevrilib.  

“Torpağının şoranlıq və suyunun şor olmasına görə, burda püstədən başqa heç nə yetişdirmək mümkün deyil. Buna görə də biz də püstə əkmək qərarına gəldik.”

“Torpağı əkinə yararlı etmək üçün bir il ərzində bura milyonlarla ton qum və gübrə vermişik.”

 “Bir gün bu şoranlığın abad olacağını təsəvvür etmirdik.”

“Bu, bir il çəkilən zəhmətin nəticəsidir. Bunu gördüyün zaman ləzzət alırsan.”

İşçilər də, bu bağda işləyərək öz ruzilərini təmin edirlər.

“10 gündür məhsul yığımına başlamışıq”

“Öz məntəqəmizdə bu il püstə olmadı, gəlib burda işləyirik.”

“Bərəkətli olsun”

Ötən illərdə İsfahandakı püstə bağlarından 7 min ton məhsul yığılıb. Amma, bu il havaların pis keçməsinə görə, püstə istehsalında 75%-lik azalma var.

“Bu il İsfahanda ümumilikdə 1500 ton məhsulumuz var. Ölkə səviyyəsində isə bu rəqəm daha öncə 250 min ton olduğu halda, indi təqribən 50 min tondur.”

“Hər gün bu bağdan 8 ton püstə yığılır və bu terminala gətirilir.”

İsfahanın kənd təsərrüfatı cihadı idarəsi də bağ sahiblərinə bu işdə dəstək olur.

İsfahan püstəsinin təqribən yarısı xarici ölkələrə ixrac edilir.