Təbriz universitetinin uğurları
-
Təbriz universitetinin uğurları
Təbriz universitetinin tədqiqatçıları İranda ilk dəfə olaraq modern iqlim məlumatı və ətraf mühitdə təbii fəlakətlərin təhlükələrinin qarşısının alınması üzrə laboratoriyanı işə salmağa müvəffəq olublar.
Təyyarənin enməsi və qalxması, sel və subasmanın proqnozu, suların buxarlanması prosesi, hətta kənd təsərrüfatı məhsullarının donması belə, bu elmə bağlıdır.
Müsahibə: Hazırkı əsrdə meteorologiya, istinad edilə bilinəsi ən çox istifadə olunan elmlərdən biridir.
Bu elmin texnologiyası daha modern və daha düşünülmüş iqlim dəyişikliklərinin öyrənilməsi və analizinə malikdir.
Təbriz universitetinin tədqiqatçıları ölkədə yeganə süni peyk üzrə meteorologiya laboratoriyasını işə sala biliblər.
Müsahibə: Təbriz universitetində ölkəmizdə ilk modern və onlayn süni peyk qəbuledicisinə malikik.
Geosinxron süni peyklərin və ya yerin ortibinə nisbətən sabit olan peyklərin datalarında bütün ölkədə və Yaxın Şərqdə toz hissəcikləri, yanğın, güclü leysan yağışları və ya sellərin proqnozu, atmosfer cərəyanları, nohur və göllərin vəziyyəti ilə bağlı informasiyaları qəbul etmək imkanı var.
Müsahibə: Urmiyyə gölünün günəş tarixi ilə 1397-ci il mehr ayının 12-də olan bu təsviri göstərir ki, gölün su səviyyəsi ötən aylara nisbətən artıbdır.
Təbii fəlakətlər nəticəsində kənd təsərrüfatı məhsullarının dağılmasının nümayişi və monitorinqi, hava yolları istiqamətində buludların hündürlüyünün və buludlarda donma potensiyasının aşkar olunması uzaq məsafədən ölçmə üzrə süni peyk datalarının digər istifadə sahələrindəndir.
Bütövlükdə bu laboratoriyanın dataları mümkün olan ən qısa zamanda ətraf mühit və iqlim üzrə təbii fəlakətlər sahəsində lazımi informasiyaları xəbər verə bilərlər.