İranlı gənc Avrasiya məharət yarışlarının gümüş medalisti oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i326667-İranlı_gənc_avrasiya_məharət_yarışlarının_gümüş_medalisti_oldu
İranlı gənc Rusiyada keçirilən Avrasiya məharət yarışlarında elektrik təsisatları bölməsində gümüş medala layiq görülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2018 17:57 Asia/Baku
  • İranlı gənc Avrasiya məharət yarışlarının gümüş medalisti oldu
    İranlı gənc Avrasiya məharət yarışlarının gümüş medalisti oldu

İranlı gənc Rusiyada keçirilən Avrasiya məharət yarışlarında elektrik təsisatları bölməsində gümüş medala layiq görülüb.

İRNA-nın məlumatına görə, Rza Rizvan 3 gün davam edən rəqabətlərdə 18 iştirakçı arasında ikinci olub. 

Rusiyada keçirilən Avrasiya məharət yarışları oktyabrın 24-də başlanıb və 28-də başa çatıb. Yekaterinburq şəhərində keçirilən yarışlarda İran, Rusiya, Belarus, Braziliya, İsveçrə, İngiltərə, Hindistan, Qazaxıstan, Monqolustan və Ərəbistandan gəlmiş 473 yarışmaçı və 540 ekspert iştirak edib.