İranlı tələbələr dünya riyaziyyat olimpiadasında uğurla çıxış ediblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i327107-İranlı_tələbələr_dünya_riyaziyyat_olimpiadasında_uğurla_çıxış_ediblər
İranlı tələbələr dünya riyaziyyat olimpiadasının birinci mərhələsində 4 medal əldə ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 05, 2018 10:44 Asia/Baku
  • İranlı tələbələr dünya riyaziyyat olimpiadasında uğurla çıxış ediblər
    İranlı tələbələr dünya riyaziyyat olimpiadasında uğurla çıxış ediblər

İranlı tələbələr dünya riyaziyyat olimpiadasının birinci mərhələsində 4 medal əldə ediblər.

İRİB-nin verdiyi məlumata görə, İranın Əmir Kəbir Sənaye Universitetinin Riyaziyyat Kafedrasının komandası Özbəkistanın Urgənc Universitetində keçirilən dünya riyaziyyat olimpiadasının birinci mərhələsində 4 medal əldə ediblər.

Riyaziyyat üzrə tələbələrin ilk olimpiadasında İran komandasından Vəhid Şahverdi qızıl, Mehdi Həqşenas gümüş, Fatimə Ərfəi və Məhəmməd İsmaili isə gümüş medal əldə ediblər.

Tələbələr üzrə ilk dünya riyaziyyat olimpiadası 20 ölkədən gəlmiş 57 komandanın iştirakı ilə Özbəkistanda keçirilib. Bu olimpiadada 224 tələbə rəqabət aparıb.