İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kuboku qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i327668-İranın_çimərlik_futbolu_üzrə_yığma_komandası_qitələrarası_kuboku_qazanıb
İran İslam Respublikasının çimərlik futbolu üzrə yığma komandası Rusiya komandasına qalib gələrək, qitələrarası kuboku qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 11, 2018 05:33 Asia/Baku
  • İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kuboku qazanıb
    İranın çimərlik futbolu üzrə yığma komandası qitələrarası kuboku qazanıb

İran İslam Respublikasının çimərlik futbolu üzrə yığma komandası Rusiya komandasına qalib gələrək, qitələrarası kuboku qazanıb.

İran və Rusiyanın çimərlik futbolu üzrə yığma komandaları dünən gecə əmirliklərdə keçirilən interkontinental kubok yarışlarının finalında görüşüblər. Bu görüş 4-2 hesabı ilə İranın xeyrinə başa çatıb.

İran qrup mərhələsində də Rusiyanı məğlub edə bilmişdi.

İranın çimərlik futbolu üzrə yığma komandası qrup mərhələsində ABŞ, Tahiti və Rusiya komandaları ilə bir qrupda yarışırdı.

Əmirliklərdə keçirilən interkontinental kubok yarışlarında dünyanın səkkiz güclü komandası- İspaniya, Braziliya, əmirliklər, Misir, İran, Rusiya, Tahiti və ABŞ komandaları iştirak ediblər.