İranlı qadın karateçinin dəyərli medalı
-
İranlı qadın karateçinin dəyərli medalı
İranın 50 kiloqramdan aşağı çəki dərəcəsində yarışan qadın karateçisi Sara Bəhmənyar karate üzrə dünya çempionatının bürünc medalını qazanıb.
Karate üzrə 24-cü dünya çempionatının beşinci günündə 50 kiloqramdan aşağı çəki dərəcəsindəki yarışların üçüncü yer uğrunda keçirilən görüşündə Sara Bəhmənyar Rusiyadan olan rəqibini 5-0 hesabı ilə məğlub edərək, bürünc medal əldə edibdir.
Bundan öncə də kişilərin yarışında 84 kiloqramdan yuxarı çəki dərəcəsində yarışan Səccad Gənczadə gümüş, 84 kiloqramdan aşağı çəki dərəcəsində yarışan Zəbihollah Pourşib isə bürünc medal qazanıbdır.
Karate üzrə 24-cü dünya çempionatı 140 ölkədən olan karateçilərin iştirakı ilə çərşənbə axşamı günündən İspaniyanın Madrid şəhərində başlanıb və bu günədək davam edir.
Bu yarışlar 2020-ci il Tokio olimpiya oyunlarında iştirak haqqını əldə etmək sahəsində karate üzrə ən yüksək təsnifat imtiyazına malikdir.