İran nümayəndəsi taekvondonun pumsi növündə dünya çempionu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328214-İran_nümayəndəsi_taekvondonun_pumsi_növündə_dünya_çempionu_olub
Taekvondonun pumsi növü üzrə Tayvanda keçirilən dünya çempionatında İran nümayəndəsi Əli Salmani yarışların birincisi olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 18, 2018 12:49 Asia/Baku
  • İran nümayəndəsi taekvondonun pumsi növündə dünya çempionu olub
    İran nümayəndəsi taekvondonun pumsi növündə dünya çempionu olub

Taekvondonun pumsi növü üzrə Tayvanda keçirilən dünya çempionatında İran nümayəndəsi Əli Salmani yarışların birincisi olub.

Əli Salmani bu gün bu yarışların 31-40 yaş qrupunda keçirillən fərdi bölməsində qızıl medal almağa müvəffəq olubdur.

Bu medalın əldə edilməsilə İranın pumsi komandasının medallarının sayı 3 qızıl, bir gümüş və beş bürünc medal olubdur.

54 ölkədən 1274 idmançının iştirakı ilə  cümə axşamı günündən Tayvanda başlanan taekvondonun pumsi növü üzrə dünya çempionatı bu gün axşam başa çatacaq.