İranda xalq təbabəti çiçəklənir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i328386-İranda_xalq_təbabəti_çiçəklənir
Bitkilər bəşəriyyət sivilizasiyasının əvvəlindən bəri müxtəlif istifadələrə malik olublar. Onların bir qrupu qida ehtiyaclarını təmin edən qida maddəsi kimidir, digər bir qrupu dərman xüsusiyyətinə malikdir və cismani ağrıları sakitləşdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 20, 2018 18:14 Asia/Baku
  • İranda xalq təbabəti çiçəklənir
    İranda xalq təbabəti çiçəklənir

Bitkilər bəşəriyyət sivilizasiyasının əvvəlindən bəri müxtəlif istifadələrə malik olublar. Onların bir qrupu qida ehtiyaclarını təmin edən qida maddəsi kimidir, digər bir qrupu dərman xüsusiyyətinə malikdir və cismani ağrıları sakitləşdirir.

İranlı alim və həkimlərin uzun zamanlar boyu apardıqları geniş təcrübələrin bəhrəsi olan İranın xalq təbabəti bu gün müasir tibbin müalicəsində aciz qaldığı bəzi xəstəliklər üçün həll yolları təqdim etmək qüdrətinə malikdir.
İstehsalçı: Biz elmi əsaslı bir şirkətik. Biz zəfəran və zirincdən məmulatlar istehsal edirik. Beş il dalbadal nümunəvi ixracatçı olmuşuq. Məhsullarımız 35 ölkədə mövcuddur. Elm-texnologiya-istehsal tənasübü bu gün şirkətlər üçün bir rəqabət məziyyəti sayılır.

Xalq təbabətində digər müalicə metodlarından biri, müalicə  masajıdır və böyük önəmə malikdir. Bu müalicə metodunun sərgidəki iştirakı qabarıqdır. Masaj klinikası texniki-peşə təmayülündə tədris də verir.

Əbdolmaleki-masaj üzrə məşqçi: Biz masajın kənarında bitkilər və yağ dənələrindən də bəhrələndik ki, masaj daha artıq təsirə malik olmuş olsun. Əgər yağlar qaydasında çıxarılarsa, dəri tənəffüsü vasitəsilə o yağın bütün müalicəvi xüsusiyyətləri bədənə daxil olacaq və masajla qıfıllanmış düyünlər açılacaqdır.

Əzələ, skelet və mədə xəstəlikləri, başağrıları, həyəcan və məyusluğun aradan qaldırılması, qan dövranının yaxşılaşdırılması, oksigenin toxumalara çatdırılmasının artması və onlarla digər xəstəliyin yaxşılaşması müalicə masajının xüsusiyyətlərindəndir.

Xoşbəxtlikdən, İranda xalq təbabətinə qiymət verilib və bu təbabətin yaşadılması istiqamətində məktəblilər də bu sahədə mütalilələr aparırlar. Bu sərginin bir hissəsi məktəblilərə ayrılıbdır.

Məktəbli: Biz Bəndər-Abbasda dərman bitkiləri üzərində tədqiqat aparmış və onun atlasını hazırlamışıq. Bitkiləri hətta çətin keçilən məkanlardan toplaşmışıq. Və hətta beynəlxalq təqimat üçün tərcümə də etmişik.

Məktəbli: Mən qazunğa bitkisi üzərində tədqiqat aparmışam və ətraf mühit və turizm təşkilatlarına məqalə göndərmişəm.