Sistan və Bəluçestanda qırmızı çay yığımı
-
Sistan və Bəluçestanda qırmızı çay yığımı
İranda qara çay yığımı Xəzər sahili məntəqəsinin əkinçilərini xatırladır. Amma bu dəfə çay yığımı bizi İranın cənubuna aparır.
Bu, Sistan və Bəluçestanda kənd təsərrüfatı yerlərinin ən qəşəng və gözəl cilvələrdir.
Əkinçilərin ciddi-cəhdi ilə inteqrasiya etmiş yamyaşıl rəngdə cilvələr.
Bu səyin nəticəsi qırmızı çaydan olan bir əkin sahəsidir.
Müsahibə: Biz bu il dörd hektar qırmızı çay əkmişik və əgər bizim bazar istəyərsə, gələn il on hektar da əkə bilərik.
Müsahibə: Biz bir proqram əsasında son iki-üç ildə bu şəhərdə öz əkin sahəmizi qırx hektara çatdırmışıq və hər hektardan təqribən 700-800 kiloqram xalis məhsul götürə bilməyimizə görə, bizim bu şəhrestandakı məhsul yığımımızın miqdarı otuz-qırx ton olubdur.
Sistan və Bəluçestan vilayətində qırmızı çay üzrə ən çox əkin sahəsi Deleqan, Fənuc və İranşəhr şəhərlərinə aiddir.
Müsahibə: Kəndin bu cavanlarından olan biz yeddi nəfər bu tarlada qırmızı çay yığır və məvacibimizi də vaxtında alırıq.
Bu böyük və kiçik tarlalarda işlə məşğuldurlar və kənd qadınları üçün də gəlir mənbəyi olubdur.
Müsahibə: Biz qırmızı çaydan bitki çayı düzəldirik ki, qan təzyiqi üçün yaxşıdır. Şərbət və çox dadlı mürəbbələr də düzəldə bilirik.
Bu tarladakı qırmızı çay məhsulu tamamilə orqanikdir və olduqca yüksək müalicəvi dəyərə malikdir.
Müsahibə: Qırmız çay yüksək qan təzyiqi, qanda bədxassəli xollestrol, ürək-damar, qara ciyər piylənməsi, qan azlığı xəstəlikləri və soyuqdəymə üçün çox faydalıdır. Bu çay xərçəng xəstəliyinə qarşı çox yaxşı dərman sayılır.
Qırmız çaydır, amma onun kənarında emal sənayesinin olması əkinçilərin ağzını şirin edə bilər.
Qırmızı çay Sistan və Bəluçestan vilayətinin əkin sahələrinin ən sərfəli məhsullarından biridir; xəstəlik və qurd qarşısında çox güclüdür və kimyəvi zəhərlərə ehtiyacsızdır.