Dünya üzrə zəfəranın 90%-i İranda istehsal olunur
Noy 22, 2018 18:09 Asia/Baku
-
Dünya üzrə zəfəranın 90%-i İranda istehsal olunur
İranın milli zəfəran şurasının üzvü deyib: Dünya üzrə zəfəran ixracının 90%-i ən yüksək keyfiyyətlə İrana aiddir.
Əli Hoseyni bu gün zəfəran əkininin təlimi və yayılması konfransında bildirib ki, dünyada istehsal olunan 430 ton zəfəranın 400 tonu İranda istehsal olunur. O, əlavə edib: İranın Xorasane Rəzəvi və Xorasane Conubi ostanları təklikdə dünyanın zəfərana olan ehtiyacını təmin edə bilərlər.
İranın Kermanşah ostanında ticarət, sənaye və mədən otağının sədri Keyvan Kaşefi də deyib: Zəfəran püstə və xalça kimi ixracat üçün əsas məhsullardan olaraq, bir İran brendidir.
Teqlər