Əli Əskəri: Humanizm İranın TeleRadio Təşkilatını Qərb medialarından fərqləndirən amildir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i330034-Əli_Əskəri_humanizm_İranın_teleradio_təşkilatını_qərb_medialarından_fərqləndirən_amildir
İran İslam Respublikasının TeleRadio Təşkilatının sədri bu təşkilatı Qərb medialarından fərqləndirən amilin Qərb medialarının sənaye və ticarət baxışı qarşısındakı humanizmlik xüsusiyyəti olduğunu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2018 17:22 Asia/Baku
  • Əli Əskəri: Humanizm İranın TeleRadio Təşkilatını Qərb medialarından fərqləndirən amildir
    Əli Əskəri: Humanizm İranın TeleRadio Təşkilatını Qərb medialarından fərqləndirən amildir

İran İslam Respublikasının TeleRadio Təşkilatının sədri bu təşkilatı Qərb medialarından fərqləndirən amilin Qərb medialarının sənaye və ticarət baxışı qarşısındakı humanizmlik xüsusiyyəti olduğunu bildirib.

Əbdoləli Əli Əskəri bu gün ilk "Əxlaq və Media" elmi-tədqiqat konfransında deyib: Mediaların idarə olunması strateji idarəçilik və mediaların idarə olunması kimi iki bölmədə həyata keçirilir ki, Qərb cəmiyyətlərində medialarda strateji idarəçilik ticarət və sənaye anlamına əsaslanır.

Əli Əskəri söyləyib: Amerika internet mühitində yüksək həcmdə alçaq və bayağı məzmunlu versiyalar yayır ki, əgər bu məzmunu həmin mühitdən götürsələr, daha müştərisi olmayacaq və sahiblərinin ticari və iqtisadi ömrü başa çatacaqdır.