Əl işləri sənayesi sərgisi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i330199-Əl_işləri_sənayesi_sərgisi
Əl işləri sənayesinin və xalçaçılığın himayə edilməsi hər bir ölkənin mahiyyəti və incəsənətinin yaşaması üçün bir yoldur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 05:44 Asia/Baku
  • Əl işləri sənayesi sərgisi
    Əl işləri sənayesi sərgisi

Əl işləri sənayesinin və xalçaçılığın himayə edilməsi hər bir ölkənin mahiyyəti və incəsənətinin yaşaması üçün bir yoldur.

Üç min il yaradıcılıq və intensiv fəaliyyət. Bu, sənətkarları, hazırda əl işləri sənayesi üzrə 295 peşədə fəaliyyət göstərən bir ölkəyə aiddir.

Müsahibə: Bu işi satış mərhələsinə çatdırmaq üçün on altı mərhələdən keçmək lazımdır. Biz bunu əymə üsulu ilə firuzə qaşı üzərinə düzməliyik.

Müsahibə: Şadam ki, xalq son vaxtlar mis qablardan istifadəyə üz tutubdur. Dünyada kəşf olunmuş ilkin metallardandır və İranda təqribən üç minillik tarixə malikdir.

İran hazırda əl işləri sənayesi müxtəlifliyi baxımından üçüncü yerdə durur və İran sənətkarları öz məhsullarını modernləşdirmək və istifadəyə lazımlı etməklə müştərilərin diqqətini çəkə biliblər.

Hazırda iki milyon nəfər əl işləri sənayesi sahəsində, iki milyon nəfər də xalçaçılıq sahəsində fəaliyyət göstərir və Hindistan və Çin kimi ölkələrlə rəqabət aparmaq üçün ixracat artırılmalıdır.

Müsahibə: Bizim xalçanın ən çox ixrac olunduğu ölkələr Çin, Yaponiya və bəzi Avropa ölkələridirlər, lakin biz dünyanın digər böyük ölkələrinə ixracat ardıncayıq.

Hazırda əl işləri sənayesi, xalça və əldətoxunma süjetli xalçalardan ibarət sərgi Tehranda Niyavəran tarixi-mədəni kompleksində keçirilir. Sərgidə məqsəd, sərgiyə gələnlərin İranın bütün vilayətlərindən olan daxili məhslulların genişliyi və çeşidliliyi ilə daha artıq tanış olmalarıdır.

İranın əl işləri sənayesi və əldətoxunma xalçalarından istifadənin yerinə qoyulması səbəb olacaq ki, xalq İranın yerli və incə sənətləri ilə tanış və iranlı sənətkarların barmaqalrının hər bir hissəsinin qədrini daha artıq bilmiş olsun.