Sellulitə qarşı şarj edilə bilən parça; İranlı mütəxəssislərin yeni nailiyyəti
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i330227-sellulitə_qarşı_şarj_edilə_bilən_parça_İranlı_mütəxəssislərin_yeni_nailiyyəti
İsfahan Sənaye Universitetinin gənc və istedadlı mütəxəssisləri öz elmi araşdırmalarının sonunda təbii məhsullardan ibarət olan sellulitə qarşı şarj edilə bilən parça istehsal etməyə nail olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 14, 2018 18:00 Asia/Baku
  • Sellulitə qarşı şarj edilə bilən parça; İranlı mütəxəssislərin yeni nailiyyəti
    Sellulitə qarşı şarj edilə bilən parça; İranlı mütəxəssislərin yeni nailiyyəti

İsfahan Sənaye Universitetinin gənc və istedadlı mütəxəssisləri öz elmi araşdırmalarının sonunda təbii məhsullardan ibarət olan sellulitə qarşı şarj edilə bilən parça istehsal etməyə nail olublar.

İsfahan Sənaye Universitetinin mütəxəssislərindən ibarət 6 nəfərlik bir qrup sellulitə qarşı şarj edilə bilən parça ixtira etməyə nail olub. Paltar, şalvar və qarın bantlarının hazırlanmasında parça kimi istifadə edilən bu məhsul arıqlamağa kömək edə bilər. Daha öncə buna oxşar bir çox məhsul istehsal edilsə də, bu yeni məhsul özünəməxsus göstəricilərə malikdir. Buna görə də tam cürətlə bu məhsulun yeni bir məhsul olduğunu demək olar: “Xarici nümunələrdə neftdən əldə edilən süni liflərdən istifadə edilir. Biz isə təbi liflərdən istifadə etmişik. Onlar kimyəvi, biz isə təbii maddələrdən istifadə edirik. Həmçinin, onlar qısa ömürlü mikro kapsullardan istifadə edirlər. Bizim məhsulumuz isə şarj eilə bilər.”

Kimyəvi maddələrdən istifadə etdikləri üçün xarici nümunələr insan sağlamlığı üçün təhlükəlidirlər və zamanla öz keyfiyyətini itirirlər: “İlk mərhələdə parçanın üzərində bu maddə mövcuddur. Amma, sonrakı istifadələr üçün biz məhsul ilə yanaşı əlavə olaraq təbbi pudra da təklif edirik.”

Mütəxəssis nəzarəti altında 20 nəfər üzərində aparılan sınaqlar zamanı məlum oldu ki, davamlı olaraq 6 həftə bu parçadan hazırlanmış paltarlardan istifadə nəticəsində sellulitin həcmi 3 faiz azalıb. Bu isə cərrahiyyə əməliyyatı və ya çətin qidalanma rejimləri olmadan köklükdən xilas olmaq deməkdir: “Aktiv hücum və müdaxilə metodu olmayan bütün metodlar münasib sayılır.”

Bu məhsulun düzəldilməsinə aparan ideya isə bir tələbənin elmi-təhqiqatlarından qaynaqlanır: “Bu məhsul elmi bir təhqiqatın məhsuludur və barəsində iki elmi iş yazılıb”

İsfahan Sənaye Universitetinin bu elmi işləri sənaye məhsullarına çevriliblər: “Biliyimiz  ilə ideyamızı məhsula çevirə bilmişik”.

Biliyin düzgün istiqamətləndirilməsi ilə bu gözəl ideya faydalı bir məhsula çevrilərək, kütləvi istehsal mərhələsinə çatdırılıb.