Kulçəp; Röyalar diyarına səfər
-
Kulçəp; Röyalar diyarına səfər
Zaqros dağlarının ətəyində yerləşən Kulçəp məntəqəsi öz füsunkar təbiəti, tarixi binaları və qədim sakinləri ilə bir çoxları üçün kəşf edilməmiş nadir turizm məntəqələrindən biridir.
Qışın bir addımlığında bahar havası.
“İndi dekabr ayıdır. Amma, gördüyünüz kimi hər tərəf yam-yaşıldır. Burada baharı hiss edə bilərsiniz.”
Röyalar dərəsinə səfər. Bu misilsiz mənzərə ilk dəfə olaraq kameralarımız vasitəsilə təbiəti sevənlərə tanıtdırılır. Kulçəp. Xilqətin qayalar üzərindəki nadir cizgiləri.
Xörrəmabad – Pole Zal şose yolunun 80-ci kilometrliyində yerləşən Kulçəp-in mənası yolun solunda yerləşən dərin dərə deməkdir.
Son zamanlar yağan yağışlar nəticəsində məntəqədə bir çox şəlalə yaranıb.
“Bu ecazkar gözəllik bizi valeh edib, səfərimizin başa çatmasını istəmirik.”
Zaqros dağının ətəyində həyat hələ də öz qədim axarını qoruyur.
Tarixi binalar və dəyirmanlar insanların hələ qədim zamanlardan burada məskunlaşmasından xəbər verir.
“Yolu çox rahatdır. Mən təbiət sevənləri bura səfərə dəvət edirəm. Çox gözəl şəlalələri, su hovuzları var.”
“ Su soyuqdur. Amma, bunun da öz ləzzəti var. Üzməyi sevənlər məsləhətim: Bu fürsətin qədrini bilin.”
“Yer üzünün cənnəti” ifadəsi bir çox məkan üçün işlədilsə də, bu məkan, bəlkə də deyilən ifadəyə ən yaxın olanıdır.
Bu məntəqədə tarixi, təbiəti və mədəniyyəti bir arada təcrübə edə bilərsiniz. Heç şübhəsiz bu potensialları nəzərə aldıqda, bu məntəqə eko-turizm və geo-turizm üçün ən münasib məkanlardan biridir.