Qışın ilk hədiyyəsi; Yəlda gecə görüşü
Dek 21, 2018 13:43 Asia/Baku
-
Qışın ilk hədiyyəsi; Yəlda gecə görüşü
Qışın ilk hədiyyəsi, Yəldanı bütün uzun dəqiqələri ilə ailələrin böyüklərinin iştirakının ləzzəti və şad ürəklərin işıqlığı ilə ölməz edən "xatirə yaradan bir gecə görüşü"dür.
İranlıların Yəlda gecəsində qohum-əqrəba üçün sadə, amma şad qonaqlıqlarının həyəcanı və ailəvi şənliklərin şirin ənənəsi küçə və məhəllələrdə böyük şövq yaradıb və ölkənin qərbindən şərqinədək mehribançılıq dalğalanır. Qar-yağışın yağması da sanki payızın sağollaşması hədiyyəsidir ki, təravəti ürək təqvimi və yaddaşında qoyaraq, yavaş-yavaş nənə və babanın kürsüsünün kənarında mehribançılıq artıran gecə görüşlərini rövnəqli etmiş olur.