İranın ən son kiber nailiyyətlərinin təqdimatı olub
-
İranın ən son kiber nailiyyətlərinin təqdimatı olub
İran İslam Respublikasının müdafiə naziri ən son rabitə, elektronika və kiber nailiyyətlərin təqdimatı mərasimində iştirak edib.
İRNA-nın məlumatına görə, general-mayor Hatəmi şənbə günü ən son elektron, rabitə və kiber nailiyyətlərin təqdimatı mərasimində bu nailiyyətləri müqavimət iqtisadiyyatının aşkar nümunələri adlandırıb və deyib: İranın rabitə və elektronika sahəsindəki modern nailiyyətləri böyük əhəmiyyət kəsb edir.
General-mayor Hatəmi əlavə edib: İran yeni texnologiyalar əldə edərək, quru, hava və dəniz qoşunları arasında təhlükəsizlik baxımından çox mürəkkəb bir rabitə şəbəkəsi yaratmağa nail olacaq.
İranın müdafiə naziri Yeni rabitə və elektron təchizatların İranın silahlı qüvvələrini elektron müharibədə daha da gücləndirdiyini deyərək, əlavə edib: Bu kiber təchizatlardan istifadə edərək, təhdidi zamanında aşkar etmək, düşmənin əməliyyat ssenarisini analiz etmək və təhdidlərə uyğun formada müdafiəni təşkil etmək mümkün olacaq.