Çində ilk pilotsuz uçan aparat uğurla sınaqdan keçirildi
Dek 24, 2018 11:48 Asia/Baku
-
Çində ilk pilotsuz uçan aparat uğurla sınaqdan keçirildi
Çində ilk pilotsuz uçan aparat uğurla sınaqdan keçirilib.
Röyters-in verdiyi məlumata görə, Çinin Dövlət Aviasiya Sənayesi Şirkəti bildirib: "Wing Loong I-D" bazar günü axşam ölkənin qərbində yerləşən hava limanlarından birindən havaya qalxıb.
30 dəqiqə davam edən uçuşun ardınca pilotsuz uçan aparat yerə enməyi bacarıb.
Bu pilotsuz uçan aparat orta hündürlükdə yüksək bacarıq nümayiş edərək, bir neçə missiyanı yerinə yetirib.