İran elmi məhsulların istehsalı sürəti baxımından lider ölkədir
-
İran elmi məhsulların istehsalı sürəti baxımından lider ölkədir
İran İslam Respublikasının elm. təhqiqat və texnologiyalar naziri deyib: İran İslam Respublikası elmin istehsalı baxımından dünyada 16-cı ölkədir. Amma, elmi məhsulların istehsalı sürəti baxımından İran dünyada lider ölkədir.
İranın elm, təhqiqat və texnologiyalar naziri Mənsur Qulami bu gün Tehranda 19-cu "Təhqiqat, texnologiya və texno-bazar" sərgisinin açılış mərasimində deyib: Çin və Rusiya elmi məhsulların istehsalı sürəti baxımından İrandan sonrakı yerdə dururlar.
Qulami İran universitetlərinin elmi potensiallarına işarə edərək, deyib: İranın bəzi universitetləri bəzi ixtisaslar üzrə dünyanın ən üstün universitetlərindən sayılırlar.
19-cu Təhqiqat, texnologiya və texno-bazar sərgisi bu gün tehranda işə başlayıb və cümə axşamına kimi davam edəcək.