İranlı şahmatçı qız ikinci yeri tutub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i331291-İranlı_şahmatçı_qız_ikinci_yeri_tutub
Sara Xadimüşşəriə şahmat üzrə dünya çempionatında sürətli oyun bölməsində 9 bal toplayaraq ikinci yeri tutub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 29, 2018 09:53 Asia/Baku
  • İranlı şahmatçı qız ikinci yeri tutub
    İranlı şahmatçı qız ikinci yeri tutub

Sara Xadimüşşəriə şahmat üzrə dünya çempionatında sürətli oyun bölməsində 9 bal toplayaraq ikinci yeri tutub.

Sara Sadat Xadimüşşəriə Sankt Peterburqda keçirilən şahmat üzrə dünya çempionatında sürətli oyun bölməsində 7 qələbə, 1 məğlubiyyət və 4 bərabər nəticəli oyunla cəmi 9 bal toplayaraq ikinci yeri tutub. 

Bu yarışlar 2018-ci ilin ən çətin yarışlarından biri hesab olunur ona görə ki, bir tərəfdən yarış sürətli gedir, digər tərəfdən isə Maqnus Karlosen, Ana Muziçok və Nana Zaqnidze kimi dünyanın şahmat üzrə tanınmış simaları bu yarışlarda rəqabət aparırlar. 

Sara Naibüşşəriə deyir: İlkin sıralamada cədvəlin 25-ci yerində idim və iki il öncə 4-cü yeri qazanmışdım. Məhz buna görə də ilk onluqda olmaq istəyirdim amma medal gözləmirdim. Sevindirici haldır ki, bu hadisə baş verdi və mən yarışların ikinciliyini qazandım.