Tehranın tarixini alt-üst edən bir abidə aşkar edilib
-
Tehranın tarixini alt-üst edən bir abidə aşkar edilib
Tehrandakı bir mağazanın zirzəmisində aparılan qazıntılar bu iri şəhərin tarixinin aydınlaşmasına səbəb olubdur.
Məsələ ondan başlandı ki, Tehrandakı Həzrəti bazarında yerləşən səksən metrlik bir mağazanın sahibi öz mağazasının bir hissəsində qazıntı işləri zamanı saxsı tikələri ilə üzləşir. Mağazanın sahibi rəngli saxsılar və hətta bir neçə sümük parçası kimi tapıntıların aşkar edilməsi ilə mədəni irs təşkilatına gedir və bu dəfə mədəni irs təşkilatının arxeoloqları mağazaya gəlirlər və bu tapıntılar həmin mağazanın zirzəmisində müxtəlif tarixi dövrlərdən nişanələrin əldə olunmasının başlanğıcı olur; pəhləvi, qacar, səfəvilər və teymurilər dövrlərinin tapıntıları.
Müsahibə:
Biz sübh gəlib görürük ki, axtarış aparan uşaqlar bir şey tapırlar. Sonra sabah gedirik ki, bir qərar çıxaraq, yenə görürük ki, daha yeni bir şey tapırlar.
Müsahibə- arxeoloq:
Belə bir arxeoloji memarlıq abidəsi ilə rastlaşacağımızı gözləmirdik. Bunlar başlıca olaraq Qacarlar dövrünə aiddir.
Bu səksən metrlik mağazada qazıntının ikinci mərhələsində səfəvilər tarixinə səfər edəcəyik.
Müsahibə-arxeoloq:
Bizim bu tapıntılarımızın davamı böyük bir qalaya və ya bu iri memarlıq abidəsinə gedib çatır. Tarixi mətnlər açıq şəkildə bildirirlər ki, Şah Təhmasib Səfəvi dövründə və onun göstərişi ilə Tehran qalası 114 qüllə ilə tikilib və belə görünür ki, bu, Tehran şəhərinin elə həmin qalasıdır.
Amma son mərhələdə arxeoloqlar teymurilər dövrünə çatıblar.
Müsahibə-arxeoloq:
Bunlar kimi çoxlu sayda firuzəvi və lazurit saxsı tikələri göstərir ki, biz səfəvilər dövrünün üfüqündən daha geriyə getmişik, yəni ehtimal üzrə teymurilər dövrünə və teymurilərdən öncəyə çatmışıq. Biz qazıntını təmiz torpaq səthinədək davam etdirəcəyik. Təmiz torpaq insanın ilk dəfə ayağını qoyduğu və öz yaşayışına başladığı bir səthdir. Məqsədim, Tehranın tarixindən öncəki yaşayışdır.
Bu mağazadakı arxeoloji qazıntılar davam edir. Bəlkə də bu mağaza Tehran tarixinin itmiş halqası olmuş olsun.