İranlı şahmatçı qadın dünya ikincisi olub
Dek 30, 2018 18:02 Asia/Baku
-
İranlı şahmatçı qadın dünya ikincisi olub
İranlı şahmatçı qadın Sara Xadim əl-Şəriə sürətli şahmat üzrə dünya ikincisi olub.
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən sürətli şahmat üzrə dünya çempionatının sonuncu günündə Sara Xadim əl-Şəriə 17 xaldan 13 xal toplayaraq, İranın şahmat tarixində ilk dəfə olaraq, sürətli şahmat üzrə dünya çempionatının ikinci pilləsində durubdur.
Bu yarışlarda Rusiyadan olan Laqno 13,5 xalla çempion olub. Çin nümayəndəsi Tin Si Li isə 12,5 xalla üçüncü yerdə durub.
Sara Xadim əl-Şəriə sürətli şahmat üzrə dünya çempionatının ikincisi olaraq, otuz min dollarlıq mükafat qazanıbdır.