Buğdanın ikinci əkinində uğur
-
Buğdanın ikinci əkinində uğur
Şaxta və sazaq fəslində buğdanın qızılı sünbülləri baş qaldırır.
Şaxta və sazaq fəslində buğdanın qızılı sünbülləri baş qaldırıb: İlin bu fəslində bu böyüklükdə buğdanı nə görmüşdük, nə də ki, yığmışdıq.Bu günlər əksər əkinçilərin yenicə buğda əkməyə başladıqları bir halda, burada, "Muxtarane Sərbişe" kəndində bu qızılı dənələr yetişibdir.
Biz əgər indi əksək, səkkiz ay sonra məhsul yığmalıyıq, amma hazırda dörd aydan sonra məhsul yığırıq.
Cənab Macani öz əkin sahəsində buğdanı dörd ay tez əkərkən bol məhsul yığacağını düşünmürdü: Biz dedik ki, daha bunlar buğda olmazlar, lakin indi görürük ki, daha bir məhsul yığımına da malik ola bilərik.
Bu, azsulu və quru məntəqələrdə buğdanın ikinci əkini üzrə ilk təcrübədir; düz birinci yığımdan sonra.
Məntəqənin kənd təsərrüfatı cihadı ekspertlərinin sözlərinə görə, ikinci əkində ən mühüm məsələ, torpağın qidalandırılmasıdır. Çünki birinci yığımdan sonra torpaq hələ nəmdir və ikinci əkin üçün münasib qidalandırma şəraiti mövcuddur və bu metodla suya qənaət edilməsi də 25 faizə çatıbdır: Bircənd məntəqəsindəki əzizlər su ehtiyatlarının bu məhdudiyyəti ilə suyun məhsuldarlığının artırılması ilə bağlı çox yaxşı nailiyyətlər əldə edə biliblər.
Göstərilməli olan böyük iş budur ki, əkin zamanının dəyişdirilməsi və daha az suvarma ilə ildə iki məhsul yığımı həyata keçirmək mümkün olmuş olsun: Mən özüm bu il 60 hektarlıq buğda yığmışam və ikinci yığım da həyata keçirəcəyəm. Ölkədə buğdaya ehtiyac çoxdur. Biz iqtisadi müstəqilliyə çatmalıyıq.
Suyun az olduğu bir şəraitdə birbaşa əkin əkinçiliyin yaşaması üçün bir çarədir və Cənubi Xorasan əkinçiləri bu məsələdən qəflətə qapılmayıblar.
Buğdanın özü də bu iqlim şəraitində ikinci əkini əkinçilər üçün tamamilə sərfəlidir. Həm yaxşı məhsul yığımına malik olacaqlar, həm də keyfiyyətli məhsul yığacaqlar.