İran səhrasında qızılgül istehsalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i332825-İran_səhrasında_qızılgül_istehsalı
Cənubi Xorasanın iyirmi il quraqlıqla üzləşməsinə rəğmən, İranın bu vilayətindəki istehsalçılar istixana əkinini genişləndirməklə qızılgül kimi məhsullar istehsalında uğurlar qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 18, 2019 17:06 Asia/Baku
  • İran səhrasında qızılgül istehsalı
    İran səhrasında qızılgül istehsalı

Cənubi Xorasanın iyirmi il quraqlıqla üzləşməsinə rəğmən, İranın bu vilayətindəki istehsalçılar istixana əkinini genişləndirməklə qızılgül kimi məhsullar istehsalında uğurlar qazanıblar.

Ən incə məhsulun, özü də, sərt səhra şəratində yetişdirilməsi...

Ölkənin səhralıq vilayətlərindən olan Cənubi Xorasan hazırda qızılgül istehsalı üzrə ən yaxşı vilayətlərdən birinə çevrilibdir: Bu iki istixana salonundan gündə təqribən iki min budaq çiçək yığırıq.

Cənab Mohebbəti bu gözəl çiçəyin istehsalçılarındandır. O, son zamanlar qızılgül istehsalındakı uğuruna görə, ölkədə əkinçilik sektorunda ən yaxşı istehsalçı kimi təqdim olunubdur: Bu güllərin seçilməsində bizim nəzərdə tutduğumuz hədəf bazarı, Rusiya ölkəsi idi. Ona görə ki, bu məhsulun istehsalı üçün ixracat hədəfini biz seçmişik.

Hazırda nəinki cənab Mohebbətinin, həm də digər istixanaçıların səyi səbəb olubdur ki, vilayətdə keyfiyyətli qızılgüllər istehsal edilmiş olsun: Bizim istixanada budağın uzunluğu bir metr iyirmi santimetrə çatır. Budağın uzunluğu və möhkəmliyi dünya bazarlarının bəyəndikləri cəhətlərdəndir. Başlıqları olduqca sağlam, qurdsuz və xəstəliksizdir və son dərəcə dolu ləçəklərə malikdir: Bu istixananın vilayətdə açıldığı gündən bəri zəng edən kimi tez bizə gül göndərilir. Bu güllərin qalma müddəti də çox yaxşıdır.

Cənubi Xorasanın qızılgüllərinin gözəlliyi və keyfiyyəti digər vilayətlərin də bu çiçəkləri istəmələrinə səbəb olubdur: İndi bu güllər ölçülərinə və rənglərinə görə qablaşdırılıblar və Tehrana və Məşhədə göndərilməyə hazırdırlar.

Cənubi Xorasanın modern istixanalarında ildə iki milyon budağı kəsilmiş çiçək istehsal etmək üçün dünyanın ən yaxşı qızılgülü buraya gətirilibdir ki, bu iqtisadi sanksiya şəraitində həm iş yeri yaranmış olsun, həm də qeyri-neft ixracatına malik olmuş olaq.