Zəfəranın möcüzəsi
-
Zəfəranın möcüzəsi
İrana qarşı dərman sanksiyaları gənc iranlı mütəxəssislər üçün bir fürsət oldu ki, dünyanın ən ilkinlərini yaratmış olsunlar.
Onun əkin keçmişi üç min il bundan öncəyə qayıdır.
Əbu Əli Sina bu bitkini şəfalı dərman adlandırırdı. Amma elə bu son zamanlaradək zəfəran təkcə İran yeməklərinin xoş ətirli bir əlavəsi idi. Bu-Əli araşdırma müəssisəsində zəfəran tibbinin yeni cəhətləri və onun müalicə xasiyyətinin kəşf edildiyi zamanadək.
Müsahibə: Zəfəranda olan krosini çıxarmaq yolu ilə onun tanınmış dərman özəlliklərini, xüsusən depressiyaya və iztiraba qarşı müalicə təsirini artırmaq fikrinə düşdük.
Krosinin yaranma məkanı buradır.
Zəfəranın bu əsas və təsirli dərman maddəsi elmi əsaslı bir şirkətdə yerli texnologiya ilə istehsal edilir.
Müsahibə: Malik olduğumuz təchizatlar tamamilə daxili məhsuldur. İran buzlaşdırıcıları, İran qarışdırıcıları, hətta lazım olan aparatları da bizim sifarişimizlə elə buradaca düzəltdilər. Keyfiyyət və kəmiyyətə bütün nəzarətləri elə buradaca həyata keçiririk.
Bu-Əli araşdırma müəssisəsindən əczaçılıq zavoduna gedəndən sonra bu dərmanın əhəmiyyəti bizə daha çox aydın oldu.
Müsahibə: Elmi əsaslı bir şirkətdən bir təklif aldıq. Apardığımız araşdırmalara əsasən, hazırda bu məhsul ölkə daxilində paylanıb və yaxşı satış bazarına malik olubdur. Bu dərmanın qeyə alınması üçün xarici şirkətlərlə də müzakirələr aparılıbdır. Hətta Avropa ölkələri və Cənubi Koreya bu işi istədilər və gələn günəş ilindən bu məhsul ölkə üçün yaxşı valyuta gətirəcək bir məhsul olacaqdır.
Krosinanın dərman nəticələri Xatəmulənbiya(s.ə.s.) adına oftalmologiya üzrə yüksək ixtisaslaşdırılmış xəstəxanada nəzərəçarpacaq dərəcə idi. Gözün daxilinə avastin-in aşılanmasına ehtiyac duyan xəstə bu dərmanı istehlak etməklə onun sağalması prosesi sürətlənir və hətta xəstənin qanındakı şəkərin miqdarına nəzarətdə də bir müntəzəmlik yaranır.
Bəlkə də yavaş, ancaq ardıcıl şəkildə İran, dərman istehsalı sənayesinə daxil olubdur.
Zəfəran bitkisindən istifadə ilə krosina həbinin istehsalı dərman sənayesində atılan böyük bir addımdır.