Qrip; qışın çağırılmamış qonağı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333175-qrip_qışın_çağırılmamış_qonağı
Xəstəlik zamanı özbaşına müalicədən və dərman istifadə etməkdən çəkinmək və yeməyə daha artıq önəm vermək lazımdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 24, 2019 18:05 Asia/Baku
  • Qrip; qışın çağırılmamış qonağı
    Qrip; qışın çağırılmamış qonağı

Xəstəlik zamanı özbaşına müalicədən və dərman istifadə etməkdən çəkinmək və yeməyə daha artıq önəm vermək lazımdır.

Bu günlər havanın soyuması ilə qrip adlı çağırılmamış qonağı qarşılamaqla xəstələnirik.

Bunlar asqırmaqla havada yayılan viruslardır. O zaman bəxtin gətirməməzliyi nəfəs almaqla onları ağ ciyərlərə daxil edir. Hər dəfə yüz min virus.

Rezident: Virus öncə yuxarı tənəffüs hissələrini problemlə üzləşdirir və yuxarı tənəffüs toxumasına qarşı hücum xasiyyətinə malik olduğu üçün onda bakterial infeksiyalar artır. Burun suyunun axması və burunun tutulması ilə müşayiət olunan soyuqdəymənin əksinə olaraq, qripdə bu cür əlamətlər yoxdur.

Bu virus özünü üç əlamətlə göstərir. Daha çox təhlükəyə məruz qalan qruplar var.

İnfeksiya həkimi: Şiddətli bədən ağrısı. Kəskin baş ağrısı. Yüksək temperatur.

Ürək xəstəliyi olan və ya kimyəvi müalicələr alan şəxslər, yaxud da şəkər xəstələri, kiçik yaşlı uşaqlar və ya yaşlı şəxslər qripə tutulurlar.

Yaxşı olardı ki, yoluxmuş şəxslər "Deqzametazon" kimi korton ampulalarından istifadə etməsinlər. Çünki bu cür ampulalar bədənin təhlükəsizliyi kimi yerli qüvvələri geriyə atmaqla əlamətləri aradan götürürlər.

Və virus amili, yəni sülh və asayişdə hücumlar, xəstənin həyatına yiyələnməyi davam etdirirlər. Qızdırma və ağrı müvəqqəti olaraq kəsilir, amma bədəndə birtərəfli atəşkəs elan olunduğu üçün bir neçə gündən sonra daha pis və daha şiddətli əlamətlər geri dönürlər.

Çox rahat şəkildə özümüzü bu xəstəlik qarşısında sığorta edə bilərik. İlk yolu, qış fəsli başlanmazdan öncə vaksinanın vurulmasıdır. Sonra da fərdi gigiyenaya riayət etmək lazımdır.