“Sıfır” sərhəd məntəqəsinə mühacirət
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i333382-sıfır_sərhəd_məntəqəsinə_mühacirət
İran-Azərbaycan Respublikasını “Sıfır” sərhəd məntəqəsində Muğanın Mil nohuru şimal yarımkürəsinin fəsil qonaqlarını qarşılayır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2019 18:05 Asia/Baku
  • “Sıfır” sərhəd məntəqəsinə mühacirət
    “Sıfır” sərhəd məntəqəsinə mühacirət

İran-Azərbaycan Respublikasını “Sıfır” sərhəd məntəqəsində Muğanın Mil nohuru şimal yarımkürəsinin fəsil qonaqlarını qarşılayır.

Hər il şimal yarımkürəsində, xüsusən Sibirdə və Rusiyada havanın tədricən soyuması ilə mühacir quşlar qışı keçirmək üçün Muğanın Mil nohurunu seçirlər.

Müsahibə:

Ərdəbil vilayətinin ən mühüm heyvan yaşayış sahələrindən biri, Muğan su bəndinin nohurudur. Bu nohurda suda və sudan kənarda yaşayan təqribən 72 quş növü müşahidə olunur və bu il biz nohurun siyahıya alınmasına iki gündə başladıq və təqribən on mindən çox quş siyahıya alınıbdır.

 

Beynəlxaq səviyyədə himayə edilən növlərdən olan mühacir quşlar.

Müsahibə: Göydimdik, taclı ördək, ağqaş qaz, qırmızıdöş qaz, nohur qartalı və qıvrımlələk qutan, nəsli kəsilməkdə olan quş növlərindəndirlər ki, bu nohurda onları müşahidə etmək mümkündür.

Məntəqənin qoruqçular tərəfindən mühafizə edilməsindən əlavə, nohurun suyu da anlayn surətdə qorunur.

Müsahibə:

Sutkalıq formada Muğan Mil su bəndinin nohurunu mühafizə edir və mühacir formasında bu nohura gəlmiş quşları qoruyub saxlayırıq.

Əlbəttə, mühacir quşların iştirakı da yerli və mühacir turistlər üçün gözəl və göz oxşayan mənzərə yaradıbdır.

Muğan Mil su bəndi Ərdəbil vilayətinin şimalından iki yüz metr aralıda, İran-Azərbaycan Respublikasının “Sıfır” sərhəd məntəqəsində yerləşibdir.