İran Qətəri təbrik etdi; Asiya Futbol Çempionu olduğu üçün
-
İran Qətəri təbrik etdi; Asiya Futbol Çempionu olduğu üçün
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü cümə günü axşam bir müraciətdə Qətərin Milli Futbol Komandasının Asiya Futbol Çempionatının qalibi olması münasibətilə bu ölkə hökuməti və xalqını təbrik edib.
İRİB-nin verdiyi məlumata görə, Bəhram Qasımi qonşu və dost ölkə olan Qətərin hökuməti və xalqını habelə, bu ölkənin futbol komandasının üzvlərini və məşqçilərini Asiya Çempionu olmaları münasibətilə təbrik edərək, onlara gələcək də də uğurlar arzu edib.
Qətərin milli futbol komandası cümə günü axşam 17-ci Asiya Futbol Çempionatının finalında Yaponiya millisini 3-1 hesabı ilə məğlub edərək, ilk dəfə olaraq bu yarışların qalibi olub.
17-ci Asiya Futbol Çempionatı 24 ölkənin iştirakı ilə 2019-cu ilin 5 yanvarında start götürmüş və bir 1 fevral tarixində öz işini başa vurmuşdur.