İran İslam Dünyasında elm istehsalı sahəsində öndə gedir
Fev 19, 2019 17:24 Asia/Baku
-
İran İslam Dünyasında elm istehsalı sahəsində öndə gedir
İslam Dünyasının Elmlər üzrə İstinad Mərkəzinin başçısı deyib: İran İslam Respublikası elm istehsalı sahəsində islami ölkələr arasında birinci, dünyada isə 16-cı yerə malikdir.
Məhəmməd Cavad Dehqani əlavə edib: İran elmi-tədqiqat məqalələrinə istinad nöqteyi-nəzərindən, dünya üzrə 28-ci, islami ölkələr arasında isə birinci yerə malikdir.
Dehqani vurğulayıb: Beynəlxalq mərkəzlərin son məlumatlarına əsasən, ötən 20 ildə islami ölkələrin elmi nəşriyyatlar istehsalı sahəsindəki payı, 1,5 faizdən 8 faizə çatıbdır.
Dehqani əlavə edib: İranda elm istehsalı da digər islami ölkələrlə müqayisədə ildə təqribən ikiqat, digər ölkələrlə müqayisədə isə təqribən altıqat artıbdır.