İranın sərbəst güləş üzrə olimpiya komandası Asiya çempionu olub
Mart 24, 2019 14:28 Asia/Baku
İranın olimpiya komandası sərbəst güləş üzrə 23 yaşından aşağı yaş səviyyəsində keçirilən Asiya yarışlarında 9 medal qazanaraq, bu yarışların qalibi olubdur.
Martın 22-dən 24-dək Monqolustanın Ulan-Bator şəhərində keçirilən bu yarışlarda İranın sərbəst güləş üzrə olimpiya komandası dörd qızıl, üç gümüş və iki bürünc medal əldə edib, 200 xal toplayaraq, Asiya çempionu olub.
İran komandasından sonra Monqolustan və Qazaxıstan komandaları müvafiq olaraq 177 və 146 xal toplayaraq, ikinci və üçüncü olublar.
Hindistan, Qırğızıstan və Türkmənistan yığmaları da yarış cədvəlinin sonrakı pillələrində durublar.